Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, hesabatı martın 13-də keçiriləcək plenar iclasda Baş nazir Əli Əsədov təqdim edəcək.
İclasda hökumət üzvlərinin də iştirakı gözlənilir.











