Növbəti ildə görüləcək işlər qabaqcadan planlaşdırılır
FED.az xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.
Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.