Vladimir Zelenski Rusiya rəhbərliyi ilə istənilən formatda, ancaq atəşkəsdən sonra danışıqlara hazır olacağını bildirib.
FED.az xəbər verir ki, Ukrayna lideri lideri öz mövqeyini brifinq zamanı səsləndirib.
O, həm də hüquqi baxımdan Krımı Rusiya ərazisi kimi tanımadığını bildirib. Zelenski bu açıqlamanı Ukrayna konstitusiyasında müvafiq müddəaların olmaması ilə əsaslandırıb.
Xatırladaq ki, Amerika mətbuatı sabah Londonda baş tutacaq Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar zamanı Vaşinqtonun Avropa İttifaqına Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcəyini yazmışdı. Bundan əlavə, görüş zamanı cəbhə xəttində hərbi əməliyyatların dondurulması məsələsi də müzakirə olunacaq.