Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, 1958-ci ildə istifadəyə verilən, 1961-ci ildə isə ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m3/ san olan Yuxarı Şirvan Kanalı respubilikanın ikinci ən böyük magistiral suvarma kanalıdır.
FED.az xəbər verir ki, uzunluğu 122 km olmaqla kanal Mənbəyini Mingəçevir su anbarından götürür. Kanal Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanalın istismara verilməsi Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır. Kanal su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Kanalın fəaliyyətini daim təmin etmək üçün Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən təxirəsalınmaz işlər görülür. Belə ki, sel suları nəticəsində yuyulan qurğular yennidən təmir olunaraq istismara verilir.
Yuxarı Şirvan Kanalı üzərində Əliciançay, Türyançay, Göyçayçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konsturuksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümümüyətlə kanal üzərində sadə və mürəkkəb konusturuksiyalı 129 ədəd qurğu inşa edilib. Bunlardan 1ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd selötürücülər, 1 ədəd cəldaxıdan, 1ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejmini təmin edirlər. İş rejiminin normal təmin edilməsi üçün idarə tərəfindən istismar tədbirlərinə uyğun olaraq hazırda kanalın Göyçay rayonundan keçən hissəsində bərpa işləri görülür.
Qeyd edək ki, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən hazırda Kürdəmir və Göyçay rayonları ərazisində təmir-bərpa, kanalın Ağdaş rayonu ərazisindən keçən hissəsində isə lildən təmizləmə işləri davam edir. Bundan başqa 2023-cü ilin 8 ayı ərzində Mingəçevir Su Anbarıdan kanala 910 mln/m3 su götürülərək rayonlara aryıcılarda 728 mln/m3 su təhvil verilib. Kanalda idarənin öz gücü ilə 24,5 km, dağətəyi kanalda 6583 m məsafə lildən təmizlənib, balansda olan 7 ədəd hidrotexniki qurğu cari təmir olunub. Çay məcralarında isə 88 min m3 həcmdə məcra tənzimləmə işləri həyata keçirilib