“2022-ci ildə Rusiya ilə Ukrayna arasında sülhə rəsmi Kiyevin neytrallıq prinsiplərini qəbul etməməsi mane olub”.
FED.az xəbər verir ki, bu barədə yazı “Die Welt” nəşrində dərc edilib.
Müəllifin əldə etdiyi sənədlərdə göstərilir ki, tərəflər yekun anlaşmanın bir neçə müddəası üzrə razılıq əldə etsə də, bəzi məsələlər ətrafındakı fikir ayrılıqları konsensusa imkan verməyib.
Yazıda rəsmi Kiyevin neytrallıq, nüvə silahından və NATO da daxil olmaqla, hərbi ittifaqlara qoşulmaqdan imtina, eləcə də üçüncü ölkələrin hərbi birləşmələrinin ölkə ərazisinə buraxılmaması barədə öhdəlik götürməkdən imtina etdiyi vurğulanıb.
Ukraynanın qəbul etməli olduğu şərtlər arasında radikal millətçi təşkilatların yaradılmasına qadağa, zorakılıq və diskriminativ ideologiyadan çəkinmək də olub.
Müəllif yazır ki, hər iki dövlət həmçinin Donetsk və Luqanskın Rusiyaya verilməsi, Krım və Sevastopolun isə təhlükəsizlik zəmanətindən məhrum edilməsini də razılaşdırıb.
Dünya Bankı: "Ukraynanın bərpasına yarım trilyon dollar lazımdır"
Bütün bunlarla yanaşı, prezidentlər qoşunların çıxarılması, Ukrayna ordusunda şəxsi heyətin sayının 85 min nəfər müəyyən olunması kimi məsələlərdə də razılıq əldə edə bilməyiblər.
Qeyd edək ki, tərəflər arasında danışıqların sonuncu raundo 2022-ci il, martın 29-da baş tutub. (Apa)