Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında Aleksey Reznikovun ölkənin müdafiə naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
FED.az xəbər verir ki, prezident yeni nazir də təyin edib: “Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rustem Umerov rəhbərlik etməlidir”, - deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, Ukrayna Ali Radası Umerovu yaxşı tanıyır və onun əlavə təqdimata ehtiyacı yoxdur. Zelenski əlavə edib ki, parlamentin bu namizədi dəstəkləyəcəyini gözləyir.