Ukrayna rus əsgərlərinə silahı yerə qoyması üçün yeni təklifedib.
FED.az xəbər verir ki, Ukrayna tərəfi təslim olaraq silahı yerə qoyan rus əsgərlərinin hər birinə 5 milyon rubl və ya 45 min dollar ödəməyə hazırdır. Ukraynanın müdafiə naziri Oleksey Reznikov bildirib ki, həlak olan rus hərbçilərinin əksəriyyəti çox gəncdir:
“Bəzilərini aldadıblar, bəzilərini qorxudublar. Rus əsgərlərə seçim təklif edirik. Ya haqsız müharibədə öləcəksiniz, ya da tam amnistiya və 5 milyon rubl (təxminən 45 min dollar) kompensasiya alacaqsınız. Silahlarını yerə qoyub könüllü olaraq təslim olun".
Qeyd edək ki, bu addım üçün tələb olunan vəsaiti dünyanın iri İT şirkətləri ödəyir: "Rus hərbçilərinə yeni həyata başlamağı təklif edirik. İşğalçı olmaqdan imtina edən hər kəs sülhü yaxınlaşdıracaq. İşğalçının yolunu seçənlərə mərhəmət olmayacaq!”
O.Reznikov rus hərbçilərə müraciətində qeyd edib ki, onları Ukraynaya öldürmək və ölmək üçün göndəriblər:
“Qatil olub ölmək istəməyənlər özlərini xilas edə bilər. Ukrayna və ukraynalılar haqqında illərlə sizə yalan danışanların cinayətkar əmrlərinə əməl etməyin. Əlinizdəki silahı könüllü yerə qoyduğunuz təqdirdə sizə tam amnistiya və maddi kompensasiya zəmanət veririk. Ukrayna sivil ölkədir. Bütün məhbuslar təhlükəsizdir, onlara kömək olunur. Yeni bir həyata başlamaq şansınız var. Seçim edin”.