Banner

Digər

Ukrayna prezidentinin - GƏLİRLƏRİ AÇIQLANIB

Ukrayna prezidentinin - GƏLİRLƏRİ AÇIQLANIB | FED.az
21:05 3 Yan 2020

Ukrayna prezidenti Vladimir Zelenskinin gəlirləri açıqlanıb.

Eləcə də bax: Ukraynada Baş Prokurorluq - LƏĞV EDİLİR

“Report” bu barədə “Report”a istinadən xəbər verir.

Ukraynanın Korrupsiyaya qarşı Fəaliyyət üzrə Milli Agentliyinin saytında dərc edilmiş məlumata görə, onun “Kvartal 95” studiyasından gəliri 210 min dollardan çox olub. 

Yanvarın 3-də açıqlanan gəlir bəyannaməsinə əsasən Zelenski 2019-cu il dekabrın sonunda "Kvartal 95" studiyasından 4,8 milyon qrivna (205,9 min dollar) məbləğində lisenziya ödənişi, həmçinin ticarət markasından istifadə üçün 104 min qrivna (4,3 min dollar) kompensasiya alıb.

Qeyd edək ki, "Kvartal 95" studiyası filmlər, seriallar, həmçinin yumoristik verilişlər hazırlayır.

Daha əvvəl "Kvartal 95" studiyasının banisi olan Ukrayna prezidenti bildirib ki, dövlət başçısı postuna seçilməsi ilə əlaqədar biznesdən uzaqlaşıb.

Digər xəbərlər

Banner