Ukraynada 2019-cu ilin son günlərində fəaliyyətini dayandıracaq Baş Prokurorluğun əvəzinə 2020-ci il yanvarın 2-dən yeni hakimiyyət orqanı – Baş Prokurorun Ofisi işə başlayacaq.
Eləcə də bax: Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulların - DƏYƏRİ AÇIQLANDI
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya qurumun başçısı Ruslan Ryaboşapka danışıb.
Ruslan Ryaboşapka
“Biz öz işimizi yanvarın 2-dən başlayırıq. Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək”, - Ryaboşapka bildirib. Onun sözlərinə görə, attestasiya və qurumun strukturunun yenilənməsindən sonra Baş Prokurorluğun 2,5 min əməkdaşından 1,5 minə yaxın insan qalacaq.
20 yanvar tarixindən isə vakant vəzifələrə əlavə seçim aparılacaq.