Ukrayna ordusu Xerson vilayəti istiqamətində 12 yaşayış məntəqəsini azad edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilir ki, sözügedən ərazilər Dudçanı, Pyatixatki, Borozenskoe, Sadok, Bezvodnoe, İşenko, Kostromka, Krasnolyubeçk, Kalinovskoe, Bobrovıy Kut, Bezimyannoe və Blaqodatnoedir.
Məlumata görə, Xerson istiqamətində hücum əməliyyatları davam etdirilir.