Rusiyanın Ukraynaya təcvüzü ilə başlayan Rusiya-Ukrayna müharibəsində mühüm yenilik baş verib.
Rusiya qoşunları bu ilin mart ayında işğal etdikləri Xerson vilayətinin paytaxtı Xerson şəhərini tərk etməli olublar.
FED.az xəbər verir ki, Rusiya mənbələri bunu canlı qüvvənin qorunması məqsədilə edildiyin bildirir. Xatırladaq ki, Xerson eyni dlı vilayətin mərkəzidir. Burada 300 minə yaxın insan yaşayır. Mart ayında bu şəhəri işğal edən Rusiya oktyabrda keçirilən «referendum»un nəticəsi olaraq Xerson vilayətini Rusiya ərazisi elan etmişdi.
İndi isə döyüş meydanında yaranmıqş vəziyyət nəticəsində Rusiya artıq öz ərazisi elan etdiyi müdafiə edə bilməyərək tərk etməli olub.
Xatırladaq ki, Ukrayna qoşunları müttəfiqlərdən alınan dəqiq və uzaqvuran «HİMARS» raket sistemləri ilə Rusiya qoşunlarını və infrastrukturu atəşə tutur, Dneprin sağ sahilindəki rus ordu qruplaşmasını təchizat yollarından məhrum edirdi. Dneprin üstündəki körpüləri dağıdan və təmirinə imkan verməyən Ukrayna qoşunları bu ərazidə rus qoşunlarını faktiki olaraq operativ mühasirədə saxlayır və ciddi itkilərə məruz qoyurdu.
Bir qədər əvvəl Ukraynadakı rus qoşunlarına rəhbərliyə başlayan general Sergey Surovkin vəziyyətlə bağlı «çətin qərarlar» veriləcəyini bildirmişdi. İndi isə Rusiya tərəfinin açıqladığı rəsmi məlumata görə, Surovkin qoşunların burada saxlanmasının perspevsizliyi və geri çəkilməsi barədə Rusiya müdafiə naziri Sergey Şoyquya məruzə edib və sonuncu buna razılıq verib: «Mən razıyam. Qoşunların çıxarılmasına başlayın. Şəxsi heyətin və döyüş qabiliyyətinin qorunması bizim üçün hər şeydən vacibdir»-deyə Rusiya tərəfinin yaydığı məlumatda bildirilir.
Nəticədə Rusiya qohunları Xerson şəhərini və Dneprin sağ sahilindəki onlarla digər yaşayış məntəqələrini tərk etməli olublar. Qeyd edək ki, Rusiya tərəfinin bu qərarı gözlənilən idi – artıq 1 ayda yaxın idi ki, işğalçı tərəf Dneprin sol sahilində yeni müdafiə istehkamları qururdu.
Rusiya tərəfi bildirir ki, bu qərar cəbhənin "digər ərazilərində hücuma keçmək imkanı yaradacaq".