Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusuna qarşı əks-hücum üçün 8 briqada yaradıldığını bildirib.
FED.az xəbər verir ki, “İnterfaks-Ukraina” agentliyinə müsahibəsində Klimenko Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq məqsədilə hazırlıq getdiyini, əks-hücum əməliyyatları üçün yeni briqadalar təşkil olunduğunu söyləyib.
Nazir briqadaların tam formalaşdığını və silahla təchiz edildiyini vurğulayaraq deyib: "Biz əlavə briqadalar yaratmağı planlaşdırırıq, çünki buna tələbat var və imkanlarımız yetərincədir". Onun sözlərinə görə, yeni briqadalar 2-3 həftəlik təlim keçəcək, onların vəzifəsi əks-hücum zamanı müdafiə qüvvələri ilə birlikdə hərəkət etməkdir.
İqor Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığı altına keçəcək.