Türkiyədə ilk koronavirusun tapılması əhali arasında panikaya səbəb olub.
Eləcə də bax: Türkiyədə yeni turizm mövsümü - BİR AY GEC AÇILACAQ
FED.az xəbər verir ki, virus haqqında məlumat yayılan kimi, insanlar odekolon və digər dezinfeksiya ediciləri almaq üçün mağazalara axın edib.
Bazarda, ərzaq məhsulları və odekolon satış nöqtələrində odekolon almaq üçün topdan satıcılara üz tutanlar odekolon tapmaqda çətinlik çəkiblər.
Şəhərin Bayrampaşa ərazisindəki topdan satış bazarında odekolonlar satılıb qurtarıb, yeni partiya sifariş verilib.
Satışların artımı ilə yanaşı, bir gün içində odekalonun satış qiymətləri də kəskin artıb. 8-10 lirəlik odekolon 15 lirəyə yüksəlib. Üstəlik odekalon qara bazarda satılmağa başlayıb.
Topdansatış satıcısı olan Kenan Ersoy: «Odekolon satışları indi qara bazarda. Bazarda odekolon yoxdur. Qiymətləri də artırdı. Bu şəkildə. Bizimki bitdi. Dünən 85-90 lirə olan paket bu gün 150 lirədir. Bir qutuda 48 ədəd var»-deyə bildirib.
«Bir illik ehtiyatı bir saata satmışıq»
Topdansatış məntəqələri bildirir ki, bir ildə satılmayan odekalonlar bir saata satılıb qurtarıb. Qiymətlər də təxminən 50 faiz artıb.
«Heç satılmayan ikinci növ odekalonlar da tamamilə satılıb qurtarıb. «Tələbata çata bilmirik. Sifarişimiz var, amma nə vaxt gələcəyi bəlli deyil. Tələb olduğuna görə qiymətləri iki qat artdı»- topdansatış məntəqələrində bildirirlər.
Baqqal dükanlarında qiymət artımı daha yüksək olub: «Vətəndaş gəlib soruşur. Səhər 20 lirəyə aldığınız şey günortadan sonra 60 lirəyə satılır»-deyə satıcılar bildirir.