"2 min lirədən aşağı olan icra borclarını ləğv edirik"
Eləcə də bax: Azərbaycan manatı lirəyə, funt-sterlinqə, yenə və franka qarşı - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
Prezident verdiyi açıqlamada bəzi vətəndaşların mühakimə olunmasına səbəb olan 2 min lirə və ondan aşağı borcları ləğv edirik etdiyini deyib:
“Vətəndaşlarımızın 2 min lirə və ondan aşağı borclarını ləğv edirik”.
Ərdoğan bununla bağlı bildirib:
“Hökumət olaraq bu gün aldığımız yeni qərarla bəzi vətəndaşlarımızın icra icraatına məruz qalmasına səbəb olan 2 min TL və ondan aşağı borcları ləğv edirik. Müvafiq olaraq, 15 avqust 2022-ci il tarixindən əvvəl icra icraatına başlanmış 2 min TL və daha aşağı məbləğdə debitor borclarının xərc kimi göstərilməklə vergidən tutulmasını və beləliklə ləğv edilməsini təmin edirik. Bura aktivləri idarə edən şirkətlərə verilmiş debitor borclar daxildir. Beləliklə, təxminən 10 milyon fayl və icra icraatına məruz qalan təxminən 5,5 milyon vətəndaş icra prosesindən azad ediləcək. Oktyabrda TBMM-nin açılışı ilə Xalq Alyansının deputat qrupları hökumət olaraq qəbul etdiyimiz bu qərarın qanunvericilik ölçüsünü dərhal alacaq. Arzu edirəm ki, verdiyimiz qərar hər bir vətəndaşımız üçün xeyirli olacaq".