Türkiyədə bu gün keçirilən prezident seçkilərinin 2-ci turu üzrə nəticələrin açıqlanmasına başlanılıb.
FED.az xəbər verir ki, ilkin nəticələrə görə, prezident Rəcəb Tayyib Ərdoğan səs sayında hələlik liderdir.
İndiyədək səslərin 95,1% sayılıb və Ərdoğan 52,33%-lə irəlidədir. Onun rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,67% səs toplayıb.
Namizədlər arasında səs fərqi 2 milyon 327 mindən artıqdır.