Türkiyə əhalisinin yarıdan çoxu dövlət başçısı postuna mayın 14-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına inanır.
FED.az xəbər verir ki, bu barədə məlumat ictimai rəylərin tədqiqi ilə məşğul olan “Optimar” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Respondentlərin 53,4 faizi seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsinə inandığını bildirib. Rəyi soruşulan vətəndaşların 42,1 faizi müxalifətin vahid namizədi Kemal Kılıçdaroğlunun, 8,3 faizi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin, 1,7 faizi isə Ata İttifaqının namizədi Sinan Oğanın qələbə qazanacağını düşünür.
Eyni zamanda, sorğuda iştirak edənlərin 45,9 faizi Rəcəb Tayyib Ərdoğana, 43,9 faizi isə Kemal Kılıçdaroğluna səs verəcəyini deyib.
Sorğu aprelin 1-dən 7-dək 4 min 745 respondent arasında birbaşa söhbət yolu ilə keçirilib. (Azərtac)