ABŞ Senatı dünən keçirilən səsvermədə prezident Donald Trampa qarşı ittihamları rədd edib.
FED.az xəbər verir ki, səsvermə zamanı əksəriyyət respublikaçılar olan senatorlar impiçmentin əleyhinə səs veriblər.
Eləcə də bax: Trampın - İMPİÇMENTİ BAŞLAYIB
Xatırladaq ki, prezidentə qarşı ittihamlar onun Ukrayna prezidenti Zelenski ilə telefon danışından başlamışdı. İttihama görə, Trapm Zelenskidən tələb edib ki, keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin işini araşdırsın.
Yalnız bu halda Ukrayna ABŞ-dan hərbi yardım ala bilər. Co Bayden də Trampın ABŞ prezidentliüyinə seçkilərdə mümkün rəqibidir və onu görməyə gözü yoxdur. Anonim xəbərçi bu barədə senata məlumat verəndən sonra impiçment başlamışdı.
Səsvermədə 53 respublikaçı senator Trampın lehinə, 47 demokrat isə əleyhinə səs veriblər. Halbuki Trampın günahkar sayılması üçün 67 səs lazım idi. Senatın bu qərarından şikayət etmək olmaz və bu məsələ bitmiş sayılır. Səmvermədən sonra hər iki tərəf – həm respublikaçılar, həm də demokratlar onun nəticələrini şərh ediblər. Respublikaçılar impiçment prosesini teatr adlandırıblar.
Demokratların rəhbəri, Trampla olduqca pis münasibətdə olan Nensi Pelosi isə (hansı ki, Tramp senata gələndə onun əlini sıxmaqdan imtina etmişdi) bildirib ki, Donald Tramp əvvəlki kimi, ABŞ-da demokratiya üçün təhlükədir. Onun fikrincə, Tramp və respublikaçılar ölkədə qanunsuzluğu norma şəklinə salıblar və ABŞ Konstitusiyasındakı balans sistemini rədd ediblər: «Tramp özünü hamıdan yuxarı sayır və hesab edir ki seçkiləri saxtalaşdıra bilər».
Tramp özü isə qələbəsindən ləzzət almaqdadır – Tvitterdə özünə xas olan üslubda bildirib ki, ölkə impiçment adlı fırıldaq üzərində qələbə qazanıb və bu barədə geniş açıqlamanı bir gün sonra verəcək.