ABŞ prezidenti Donald Tramp Honkonqdakı etirazçılarındəstəklənməsi haqqında qanunu imzalayıb.
FED.az xəbər verir ki, qanunda Honkonqda insan haqlarının pozulmasına görə, Çin məmurlarına qarşı tədbirlərin görülməsi və digər tədbirlər əksini tapıb.
Eləcə də bax: "Tramp-Xi görüşü dekabr ayına - TƏXİRƏ SALINA BİLƏR"
Belə ki, qanunda Dövlət Departamentindən Honkonqdakı vəziyyətlə mütəmadi maraqlanmaq təoləb olunur. Belə ki, Dövlət Departamenti ildə azı bir dəfə Honkonqun Çinin materik hissəsindən muxtariyyətinin kifayət qədər qorunub saxlanmasını yoxlayacaq. Bundan başqa qanunda insan haqlarının pozulmasına görə, müxtəlif sanksiyalar nəzərdə tutulur.
ABŞ konqresi Honkonqla bağlı başqa bir qanunu da təsdiqləyib. Həmin sənəddə Honkonq polisinə etirazları yatırmada istifadə oluna bilən ləvazimatların, məsələn gözyaşardıcı qaz, istiotlu qaz balonları, rezin güllələr və elektronşokerlərin, satılması qadağan edilir.
Qanunu imzalayan Donald Tpamp Çin və Honkonqla bağlı açıqlama verib: «Mən bu qanunları prezident Si, Çin və Honkonq xalqlarına hörmət əlaməti olaraq imzalamışam»-deyə Tramp bildirib.
Çin hökuməti və xalqı ABŞ Prezidenti Donald Trampın Senatın bir neçə gün əvvəl Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı qəbul etdiyi aktları təsdiq etməsinə sərt etirazını bildirib.
Çin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda Prezident Donald Trampın imzası ilə qanun kimi qüvvəyə minən qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı”ın Birləşmiş Ştatların Honkonq məsələsinə və Çinin daxili işlərinə müdaxilə, beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları pozan hərəkət kimi qiymətləndirilib. Çin tərəfi bu addımın kobud hegemonluq hərəkəti olduğu bəyan edib. Honkonq hökuməti də ABŞ Prezidenti Donald Trampın bu xüsusi inzibati bölgə ilə bağlı aktları imzalamasına sərt etirazını və narahatlığını bildirən bəyanat yayıb.
Rəsmi Pekin bu addımı Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirmişdi. Proses zamanı ABŞ-ın Çindəki səfiri 2 dəfə Xarici İşlər Nazirliyinə çağırılaraq, ona rəsmi qaydada etiraz bildirilmişdi.