ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.
FED.az-ın məlumatına görə, bu barədə Tramp özü Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib: "Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq"-deyə namizəd bildirib.
Tramp bildirib ki, qeyri-qanuni miqrasiya ölkə üçün təhlükədir: "Bu yaxşı hal deyil, indi mediadakı təlxəklər məni qəddar adlandıracaqlar, amma qanunsuz miqrantlar xalqımızı məhv edirlər”.
Onun sözlərinə görə, miqrantlar ABŞ-da heç kimin eşitmədiyi dillərdə danışırlar.