ABŞ prezidenti Donald Tramp, seçki kampaniyasının keçirilməsi üçün 125 milyon dollar vəsait toplayıb.
FED.az Banker.az-a istiandən xəbər verir ki, bu haqda öz “Twitter” səhifəsində Trampın təşviqat qərargahının sədri Bred Parskeyl yazıb.
Eləcə də bax: Tramp tərəfdaşlarından adambaşına - 5 DOLLAR YIĞIR
Qeyd olunur ki, bu məbləğ ABŞ-ın əvvəlki lideri Barak Obamanın ikinci dəfə namizədliyini irəli sürdüyü dövrdə topladığı məbləğdən iki dəfə çoxdur.
“Prezident Tramp 125 milyon dollar vəsait toplayıb və bu, rekord göstəricidir”, – deyə Parskeyl qeyd edir.
ABŞ-ın keçmiş vitse-prezidenti Jozef Bayden sentyabrın 27-də Trampın yaxınlaşan seçkilər ərəfəsində başqa bir ölkədən yardım almaq istəyi barədə fikirlərini bildirib.
Xatırladaq ki, impiçment məsələsinin gündəmə düşməsinin əsas səbəbi prezidentin ukraynalı tərəfdaşı Vladimir Zelenski ilə telefon danışığı olmuşdur. Donald Trampın Zelenskiyə təzyiq göstərməsi ehtimal olunub.
Sentyabrın 25-də telefon danışığının transkripti Ağ evin saytında dərc edilmişdir.