ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanın satın alınması fikrinə düşüb. FED.az «The Wall Street Journal»a istinadən xəbər verir ki, prezident bk ideyanı öz müşavirləri və vəkilləri ilə dəfələrlə müzakirə edib. Xüsusilə də o maraqlanıb ki, belə ideya nə qədər realdıir. Tramp eləcə də Ağ Evin hüquqi məsləhətçilərinə bu layihənin hüquqi ekspertizasını keçirməyi təklif edib.
Eləcə də bax: Sonrakı peşmançılıq: Rusiya Alyaskanı ABŞ-a neca satdı? – ƏMLAK TARİXİ
Bu məsələ ilə bağlı məsləhətçilərin mövqeyi fərqlidir. Bəziləri bu ideyanı dəstəkləyərək yaxşı iqtisadi gediş olduğunu bildiriblər, digərləri isə əksinə, bu addımın düzgün olmadığını qeyd ediblər.
Qeyd edək ki, 2,1 milyon kvadrat kilometr sahəsi ilə dünyanın ən böyük adası sayılan Qrenlandiya Şimali Amerikada Kanada ilə sərhəddə yerləşir. Formal olaraq Danimarkaya məxsus olsa da, böyük muxtariyyətə malikdir. Burada əhali azdır – cəmi 76 min nəfər buz olmayan ərazilərdə yaşayır.
Müqayisə üçün bildirək ki, təqribən Qazaxıstan böyüklükdə olan Qrenlandiyanın sahəsi ABŞ-ın Alyaska ştatından 2 dəfə böyükdür.