ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onda koronavirus əlaməti yoxdur və buna görə də analiz verməyə ehtiyac görmür.
Eləcə də bax: Tramp: «Qripdən daha çox adam ölür, heç bir yer bağlanmır»
FED.az məlumat verir ki, bu barədə TASS xəbər verir.
"Mən düşünmürəm ki, bu (koronavirus testi-red) əhəmiyyətlidir, amma bunu edə bilərəm. Bunun üçün səbəblər görmürəm, özümü yaxşı hiss edirəm”, - Ağ Ev rəhbəri jurnalistlərin bununla bağlı sualına cavabında deyib.
“Mən Ağ Evin həkimi ilə danışdım, heyrətamiz insandır, o, bunda məna görmür. Heç bir əlamət, heç nə", - Ağ Ev rəhbəri əlavə edib.
"Siz bu barədə (Tramp xəstəliyə yoluxacağı təqdirdə -red) bilən birinci olacaqsınız. Və ola bilər, siz bu barədə mənə danışacaqsınız”, - prezident deyib.