ABŞ Prezidenti Donald Tramp ABŞ/İsrail-İran müharibəsində hücumların dayandırılması üçün ABŞ-ın təklif etdiyi layihəyə İranın verdiyi cavabın “qəbuledilməz” olduğunu bildirib.
Tramp Hörmüz boğazındakı əməliyyatı müvəqqəti dayandırıb: "Pakistan xahiş elədi"
FED.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edib.
Paylaşımda Tramp, “İranın guya nümayəndələrindən gələn cavabı az əvvəl oxudum. Heç xoşuma gəlmədi. Qətiyyən qəbuledilməzdir.” ifadələrini işlədib.
İran mətbuatı Tehranın hücumların dayandırılması üçün ABŞ-ın təklif etdiyi layihəyə cavabını vasitəçilərə çatdırdığını bildirmişdi.













