Bu gün İrana girmirəmsə, böyük təmkin göstərirəm.
FED.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donal Tramp Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında bildirib.
Eləcə də bax: Tramp İrana sanksiya qoyub, müharibə siqnalı verdi
Tramp İrana qarşı sanksiyaların işə yarayacağına inanaraq, “İrana girmək dünyanın ən asan işidir. Bu gün orada deyiləmsə, böyük təmkin göstərmiş oluram” deyə vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir gərginlik davam edir. ABŞ-ın Səudiyyə Ərəbistanının “Aramco” neft kompleksinə edilən hücumlarına İranı səbəb göstərməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.
Oxu