ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib.
FED.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, impiçment qətnaməsinin lehinə 250 nəfər, əleyhinə 197 nəfər səs verib.
Bu qərar Trampın dərhal vəzifədən ayrılması demək deyil. Bundan sonra bu işə Senat baxacaq, hansı ki, Tramp üzərində məhkəmə prosesini keçirməlidir. Öz növbəsində, Ağ Evdən bildiriblər ki, Tramp impiçment proseduru çərçivəsində növbəti addımlara hazırdır və Senatda haqlı çıxarılacağından əmindir.
Daha əvvəl isə Tramp Tvitter hesabında ona qarşı elan edilən impiçmenti qəbul etməyərək heç bir qayda pozuntusuna yol vermədiyini və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının stenoqramını dinləməyi məsləhət görüb.
Qeyd edək ki, konqresmenlər Trampın impiçmenti prosedurunu onun qarşıdakı seçkilərdə rəqibi olan Cozef Baydeni gözdən salmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etməsi məlumatından sonra irəli sürüblər.