“Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır”.
FED.az xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Eləcə də bax: ABŞ Çindən - 100 İL ƏVVƏLİN BORCUNU İSTƏYƏ BİLƏR – 1 TRİLİYON DOLLAR
“Dünya Bankı Çinə nə üçün borc verir? Çinin kifayət qədər pulu var və əgər pulu yoxdursa, onu yaradırlar. Bu dayandırılmalıdır!” - prezident özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, ABŞ-ın ticarət naziri Uilbor Ross, “Fox News”a verdiyi müsahibədə bildirib ki, əgər iki ölkə arasında 15 dekabr tarixinə qədər ticarət sazişi ilə bağlı razılaşma əldə olunmasa D.Tramp Çindən gələn bir sıra mallara rüsumu artıracaq.
Report