Əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq.
FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdan qayıtdıqdan sonra Ağ Evdə söhbət zamanı jurnalistlərə bildirib.
Eləcə də bax: Tramp bəzi şirkətlərin Huawei-yə mal satmalarına - YAŞIL İŞIQ YANDIRDI
Tramp ticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunu bildirib. "Mən ilk növbədə (ticarət -red) sazişi bağlamaq istəyirəm. Görüş yerlərini (tərəflərin imzalayacağı razılaşmanın yeri-red) olduqca sadə şəkildə seçmək olar. Biz ilk növbədə sazişin bağlanılmasının alınıb-alınmayacağına baxacağıq. Əgər sazişi bağlasaq, onda görüş yerlərini seçmək çox sadə olacaq. Bu harada isə ABŞ-da olacaq", - Tramp qeyd edib.
Report