Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov vəfat edib.
FED.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Zeynalov 2007-2018-ci illərdə Tovuz RİH başçısı vəzifəsini icra edib. O, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşıdır. (Oxu.az)