Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkənin qurumlararası nümayəndə heyəti ilə birlikdə Ermənistana gedib.
FED.az xəbər verir ki, bu barədə “Sputnik”ə nümayəndə heyətindən məlumat verilib.
Eləcə də bax: Rusiyanın müdafiə naziri Ermənistana gedib - Paşinyanla Görüşdü
Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfər edəcəyini bildirmişdi. (Apa)