Digər

Rusiyanın müdafiə naziri Ermənistana gedib - Paşinyanla Görüşdü

Rusiyanın müdafiə naziri Ermənistana gedib - Paşinyanla Görüşdü | FED.az
10:51 21 Noy 2020

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

Eləcə də bax: Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş

FED.az xəbər verir ki, naziri Rusiyanın qurumlararası nümayəndə heyəti müşayiət edir.

Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, S.Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bundan başqa, Ermənistana Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, baş nazirin müavini Aleksandr Novakın, fövqəladə hallar naziri Yevgeni Ziniçev səfərləri gözlənilir.

Rusiya nümayəndə heyəti erməni rəsmilərlə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə və texniki yardımı məsələlərini müzakirə edəcək. (Trend)

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?