İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı ultimatumuna cavab verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək. O, bu barədə “Truth Social” hesabında yazıb: “Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək”.
SEPAH isə ABŞ prezidentinə cavab olaraaq bölgədəki bütün infrastrukturu dağıdacağını bildirib.
“İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, - açıqlamada deyilir.
Xatırladaq ki, Tramp İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, bu ölkənin elektrik stansiyalarına zərbə endirəcəklərini bildirmişdi.











