ABŞ Senatı ABŞ Prezidenti Donald Trampın İranla hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.
Eləcə də bax: Tramp impiçmentin qisasını alır - AĞ EVDƏ İXTİSARLAR BAŞLADI
FED.az xəbər verir ki, qətnamənin lehinə 55, əleyhinə isə 45 senator səs verib.
Sənədi Senata Demokrat Tim Keyn təqdim edib. Qətnamənin mətni Trampı "30 gün ərzində İrana yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağı" məcbur edir.
Qeyd edək ki, bundan əvvəl də Nümayəndələr Palatası oxşar qətnamə qəbul etmişdi, lakin həmin qanunun təsir gücü yoxdur.
Apa