Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Moskvanın Minskə 1,5 milyard dollar borc verəcəyini təsdiqləyib.
Eləcə də bax: Lukaşenko erkən Prezident seçkilərinin keçiriləcəyini - İstisna Etməyib
FED.az xəbər verir ki, Lukaşenko Rusiyanın Belarus iqtisadiyyatında ən böyük sərmayəçi olduğunu və iki ölkənin bir çox sektorda çox dərin əməkdaşlıq etdiyini xatırladıb. Putin isə bildirib ki, Rusiya və Belarus koronavirus pandemiyası zamanı yaz aylarında azalan ticarəti bərpa etməlidir.
V. Putin problemlərin həlli üçün bir çox təklifinin olduğunu qeyd edib və Belarusun yeni konstitusiyası üzərində işə başlamaq fikrini məntiqli və vaxtında atılan addım kimi qiymətləndirib. Eyni zamanda, belarusluların vəziyyəti kənardan heç bir müdaxilə olmadan müstəqil şəkildə anlamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Belarus rublunun məzənnəsinin qorumaq üçün Minskin Rusiya kreditlərinə ehtiyacı var. Belə ki, ölkədə vətəndaşlar rekord sürətlə xarici valyuta alması və banklardan pul çəkməyə başlaması ilə son bir ay ərzində qızıl-valyuta ehtiyatları 15 faiz azalıb.
“Qafqazinfo”