Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedev bildirib ki, əgər Almaniya Ukrayna ərazisində tak zavodu tiksə, Rusiya hərbçiləri bu zavoda zərbə endirib onu dağıdacaqlar.
«Əgər almanlar yenə də bu zavodu inşa etsələr biz səbirsizliklə gözləyirik. Bu hadisə «Kalibr» və digər pirotexniki vasitələrin atəşfəşanlığı ilə qeyd edilməlidir» - deyə o özünün Telegram-kanalında yazıb.
Xatırladaq ki, bir qədər əvvəl Almaniyanın silah konserni olan «Rheinmetall»in rəhbəri Armin Papperqer bildirib ki, Ukrayna ərazisində tank zavodunun tikintisi üçün danışıqlar aparılır. Müəssisənin yaranması üçün təqribən 200 milyon dollarlıq investisiya tələb olunur. Buradə ildə 400 tank istehsal etmək mümkündür.