Bir bank yeni siması olmaq üçün 6,5 milyon TL istəyən aktrisa Demet Özdemirdən imtina edib. Sövdələşməni 4,5 milyon TL-yə razılaşan həmkarı Burcu Biricik qazanıb.
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan azərbaycanlı: «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə məşhur simalardan sonra Burcu Biricik də bir bankın reklam siması olub. Belə ki, bank ötən mövsüm “Kanal D”də yayımlanan “Camdaki Kız”la bəyənilən Burcu Biricikə ortaqlıq təklif edib. Bank B.Bricikə 4.5 milyon TL ödəyəcək. Bankın çəkilişləri yazın günlərdə başlayacaq.
Lakin bir neçə gün əvvəl bankın ilk seçimi müğənni Oğuzhan Koç ilə ailə quran Demet Özdemir olub. Özdemir bankdan 6,5 milyon lirə istədiyi üçün bu sövdələşmə alınmayıb.
Qeyd edək ki, bankın bundan əvvəlki simaları Aslı Enver, Serenay Sarıkaya və Ezgi Mola olub.