ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazının açılması ilə bağlı “dərhal və sürətlə hərəkətə keçməsi” lazım olduğu barədə xəbərdarlıq edib.
Tramp Hörmüz boğazındakı əməliyyatı müvəqqəti dayandırıb: "Pakistan xahiş elədi"
FED.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda İrana verilən vaxtın azaldığına dair xəbərdarlıq xarakterli ifadələr işlədib.
ABŞ Prezidenti “İran üçün saat işləyir, dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar” deyə bildirib.
İrana qarşı sərt ifadələr işlədən Tramp “Əks halda onlardan geriyə heç nə qalmayacaq. Zaman kritik əhəmiyyət daşıyır”, bildirirb.
Trampın açıqlaması, Çinə səfərindən sonra Hörmüz boğazındakı qeyri-müəyyənliyin hansı istiqamətdə inkişaf edəcəyinə dair siqnallar verib. (Marja)













