Rusiya ABŞ-də keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, ABŞ-də prezidentlik yarışında Rusiyanın favoriti Co Bayden olub: "Demişdim ki, bizim favoritimiz belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə də biz də bunu edəcəyik, ona dəstək olacağıq".
Putin qeyd edib ki, Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib. "Əgər xanım Harris üçün hər şey yaxşı gedirsə, bəlkə o, bu cür hərəkətlərdən çəkinər", - deyə Rusiya Prezidenti vurğulayıb. (Apa)