Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukrayna qarşısında əsas tələbini bir daha açıqlayıb.
FED.az xəbər verir ki, 10 gün əvvəl Ukraynaya hücum əmri verən Putin bildirib ki, Ukraynaya qarşı əsas tələb və hərbi əməliyyatın əsas məqsədi Ukraynanın demilitarizasiyasıdır (yəni burada başqa ölkələrin hücum silahlarının yerləşdirilməməsi və Ukraynanın NATO-ya daxil olmamasıdır).
Rusiyalı qadın pilotlarla görüşdə Putin deyib ki, hazırki Kiyev rəhbərliyi başa düşməlidir ki, belə davam etsə, Ukrayna dövlətçiliyinin gələcəyi sual altına düşəcək.
«Bu baş versə, onların vicdadına yazılacaq»-deyə Putin bildirib.