Rusiya Prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş nazir vəzifəsini təklif edib.
Eləcə də bax: Putinin gözlənilməz təklifi Rusiyada - NƏYİ DƏYİŞƏCƏK? - STATUS
FED.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V.Putin Mixail Mişustin ilə görüşüb və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə namizdəliyi Dövlət Dumasına təqdim olunub.
Qeyd edək ki, bu gün Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
Qafqazinfo