ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərini izləyənlər, bu prosesdən pul da qazana bilərlər.
FED.az xəbər verir ki, bunun üçün İsveçrənin «Julius Baer» bankının yanvarın sonunda buraxacağı yeni qiymətli kağıza yatırım etmək olar.
Eləcə də bax: "Dollar çox güclüdür - FAİZLƏR DÜŞMƏLİDİR"
İnvestorlar bu kağızları almaqla ABŞ-da demokratlarınvə ya respublikaçıların qələbəsinə pul yatıra bilərlər.
Şirkət bu qiymətli kağızları buraxanda ABŞ-dakı 30 məşhur şirkəti şərti olaraq iki yerə ayırıb.
Növbəti prezidentin partiyasını düzgün pronoz edən oyunçu qalib gələcək.
Qeyd edək ki, qeyri-adi maliyyə alətləri vasitəsilə təkcə seçkilərə deyil, hava və ərzağa da yatırım etmək olar. Özü də bu böyük gəlirlər üçün deyil, risklərin idarə olunması üçün edilir.
İsveçrənin «Julius Baer» bankı «demokrat»ların sırasına «McDonald's», «Coca-Cola», «Walmart Inc», «Ford Motor» və başqalarını əlavə edib. «Respublikaçı»ların sırasında isə «Facebook», «Amazon.com», «Alphabet», «Visa», «PayPal», «American Express» və başqaları aiddir. Yanvarın 29-da bank bir illik müddətə ümumi məbləği 40 milyon dollar olan notlar buraxacaq. Bu paketlər adı çəkilən şirkətlərin səhmlərindən formalaşdırılıb. Qiymətli kağızın da gəlirliyi – hansı namizədin uğur qazanacağından asılı olacaq. Bu kağızlar üzrə komissiya haqqı 1,28% - 1,4% arasında dəyişir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-nin noyabrında baş tutacaq. Ağ Evin sahibi vəzifəsinə 30 namizəd, o cümlədən indiki prezident Donald Tramp iddialıdır.
Ekpertlər bildirir ki, əslində bu kağızlar fyuçers müqaviləsini xatırladır. Amma başqa vaxt fyuçerslərə fərqli amillər təsir göstərdiyi halda, bu dəfə kağızan qiymətinə gələcək prezidentin siyasəti təsir edəcək.