Digər

Prezident Trampın qardaşı Robert Tramp vəfat edib

Prezident Trampın qardaşı Robert Tramp vəfat edib | FED.az
09:27 16 Avq 2020

ABŞ Prezidenti Donald Tramp kiçik qardaşı Robert Trampın şənbə günü vəfat etdiyini bildirib.

FED.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb. “O, sadəcə mənim qardaşım deyil, ən yaxşı dostum idi. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Robert Tramp indiyədək Donald Trampın şirkətlərində mühüm vəzifələr tutub və onun əsas məsləhətçilərindən idi. Belə ki, 1980-ci illərdə Robert Atlantik Siti-də Tramp kazinosunun yaradılmasında böyük rol oynamışdı.

Eləcə də Tramp ailəsinin üzvlərindən olan Meri Trampın yazdığı və Donald Trampın olduqca pis tərəfdən təsvir edildiyi qalmaqallı kitabın dərc olunmaması üçün məhkəmə iddiası da Robert Trampın adından qaldırılmışdı.

Donald Tramp cümə günü kiçik qardaşını Nyu-Yorkda xəstəxanada ziyarət edib.

Daha əvvəl NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəliklə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yaymışdı. Lakin mənbələr onun səhhətində hansı problemin olduğunu bildirməyib. Donald Tramp, öz növbəsində, Robertin “çətin dövr” yaşadığını, eyni zamanda, onun sağalacağına ümid etdiyini demişdi.

Digər xəbərlər