ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində Trampa yeni rəqib tapılıb.
FED.az xəbər verir ki, Respublikaçılapr partiyasından olan Co Valş ABC televiziyasına namizəd olacağını açıqlayıb.
Trampı «yalançı», «fanatik» və «bacarıqsız» adlandıran» yeni namizəd kampanya sloganının "Cəsur ol" olacağını bildirib.
Analitiklər şans vermir
Siyasi analistlər isə Respublikaçılar Partiyasının üzvləri arasında dəstəyi 80%-ə çatan Trampın qarşısında Valşın heç bir şansının olmadığını bildirirlər. Aprel ayında da
Massachusetts ştatının keçmiş qubernatoru Bil Veld Respublikaçılar partiyasından Trampa rəqib olacağını açıqlamış, amma dəstəyi az olduğuna görə, geri çəkilmişdi. Qarşı cəbhədə – Demokratlar Partiyasında isə 20 potensial namizəd arasından keçmiş vitse-prezident Co Baydenin şansları daha yüksək götünür. Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ildə noyabrın 3-də keçiriləcək.