“Bizim iki qonşumuzla yollarımız açıq, digər iki qonşumuzla isə bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətin olacaq”.
Əli Əsədov Paşinyana - CAVAB VERDİ
FED.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Paşinyan bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır:
“Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir”.
Paşinyan həmçinin qarşıdakı aylarda Azərbaycanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib:
"Azərbaycan və Ermənistan Almatı Bəyannaməsini imzalayan 12 ölkə arasında olublar və bu bəyanat imzalayan tərəflər kimi Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, o zaman mövcud olan sərhədlərinin, inzibati sərhədlərini toxunulmazlığını tanıyıb. Bəyanatın imzalanmasından sonra Sovet İttifaqı respublikaları arasındakı inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib.
Biz ümid edirik ki, bu prinsiplər əsasında qarşıdakı aylarda biz Azərbaycanla sülh və əlaqələrin bərpası razılaşmaları imzalayacağıq”, - deyə Paşinyan vurğulayıb. ( 24News.ge)