Ermənistan Azərbaycanda regional kommunikasiyaları açmağa hazırdır, amma öz ərazisindən Naxçvıvana Muxtar Respublikasına nəqliyyat dəhlizi verməyəcək.
Eləcə də bax: Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq?
FED.az xəbər verirki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Üçtərəfli işçi qrupun işi çərçivəsində biz Ermənistanın blokadadan çıxarılması üçün ciddi imkan əldə edmişik. Bu kifayət qədər mürəkkəb prosesdir, hansı ki, rəsmi Bakının hansısa dəhlizlərlə bağlı bəyanatları nəticəsində daha da çətinləşir».
Paşinyan Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin verilməsini nəzərdə tutan 9 noyabr 2020-ci il tarixində və 11 yanvar tarixində imzalanan bəyanatları da qəbul etmədiyini bildirib: «Həmin sənədlərdə Ermənistan ərazisi ilə keçən nəqliyyat dəhlizindən söhbət getmir», - deyə Ermənistan baş naziri parlamentdə çıxışında bildirib.
Onun sözlərinə görə, "Ermənistan Azərbaycan ərazisindən Rusiya və İrana yol aldığı kimi, Azərbaycan da da Ermənistan ərazisi vasitəsilə öz regionuna yol ala bilər». Başqa sözlə, Ermənistan baş naziri bildirir ki, Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi deyil, yol verilə bilər.