Niderland şirkətləri Azərbaycanda su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərə bilərlər.
Azərbaycanda istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı üçün güzəştlər - ARTIRILACAQ
FED.az xəbər verir ki, bunu “Nijhuis Saur Industries” şirkətində regional satış meneceri Aleksander Xodakov Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı bildirib.
“Bu kimi sahələrdə əməkdaşlıqda potensial görürük. Borularda su axıntıları bir çox ölkələr kimi Azərbaycada da yaşanır. Burada Niderland şirkətlərinin təklif etdiyi həllərlə bu problemin qarşısını almaq mümkündür”, - deyə o qeyd edib.
Satış meneceri Niderland şirkətlərinin Azərbaycandan öyrənəcəyi bir sıra istiqamətlərin də ola biləcəyini qeyd edib: “Abşeron çox fərqli iqlimə malikdir. Lakin burda aqrar sahədə istifadə edilən texnologiyalar maraqlıdır”. (Azərtac)