Ukrayna ətrafındakı gərginlik ölkə iqtisadiyyatının hər ay orta hesabla 3 milyard dollar vəsait itirməsinə səbəb olur.
FED.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini Rostislav Şurma bildirib. Onun sözlərinə görə, Ukraynaya hücum və mümkün müharibə barədə məlumatlar iqtisadiyyatın ayda 3 milyard dollar itirməsi ilə nəticələnir.
Söhbət bu xəbərlərdən çəkinərək ölkə iqtisadiyyatına yatırım etməyən investorların dayandırdıqları investisiyalarından, əlavə inflyasiya, turizm sahəsinin gəlirlərini azalmasından, aviadaşımaların azalmasından və maliyyə bazarlarındakı spekulyavtiv ucuzlaşmadan gedir.
Nəticədə müharibə olacağı barədə xəbərlər iqtisadiyyata ayda 2-3 milyard dollar zərər vurur.
Daha 1,5-2 milyard dollar zxərər isə yaranmış vəziyyətin maliyyə bazarlarına təsirindən yaranır- bura borclanmanın dayanması, məzənnəyə təzyiq və sair aiddir.
Bununla yanaşı, Şurma bildirib ki, yaranmsış vəziyyət Ukrayna büdcəsinə narahatlıq yaratmır – büdcə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində tam bağlanır.