ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrinə səfəri zamanı ümumi dəyəri bir trilyon dollar olan bir sıra sazişlər imzalamağı planlaşdırır.
Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» - «İnvestisiya alveri» davam edir
FED.az xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalı adı açıqlanmayan rəsmilərə istinadən məlumat verib.
"Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri, demək olar ki, tamamilə pulla bağlıdır... Geosiyasi gündəm ikinci plandadır", - deyə yazıda bildirilib.
Portalın məlumatına görə, Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanında silah tədarükü ilə bağlı müqavilələr imzalamağı, həmçinin enerji və faydalı qazıntılar sektorunda sövdələşmələr bağlamağı planlaşdırır. Jurnalistlərin qeyd etdiyinə görə, müqavilələrin ümumi dəyəri isə 100 milyard dollar təşkil edəcək.
"Axios" əlavə edib ki, Qətər ilə 200-300 milyard dollarlıq müqavilələr bağlanacaq. Xüsusilə səfər çərçivəsində tərəflər "Boeing" şirkəti ilə sövdələşməni həyata keçirəcək, həmçinin ABŞ-nin "MQ-9 Reaper" pilotsuz təyyarələrinin alınmasına dair müqaviləni rəsmiləşdirəcəklər. (Oxu.az)