ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.
FED.az RİA "Novosti"yə istinadən xəbər verir ki, konqresmenlər ABŞ-ın hərbi büdcəsinə bu kimi əməliyyatları qadağan edəcək düzəliş etmək qərarına gəliblər.
Bildirilir ki, Qetsin sözlərinə görə, Yaxın Şərqdə sonsuz müharibələr ABŞ-ı zəiflədir.
Bununla yanaşı Hanna əlavə edib ki, Tramp xaricdə müharibələrə son qoyulacağına dair seçkiqabağı vədinə əməl etmir.