Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahı bir ay ərzində təxminən 500 milyon dollar toplayıb.
Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb
FED.az xəbər verir ki, Harrisin və seçki yarışından çəkilən Prezident Cozef Baydenin topladığı vəsaitin ümumi məbləği 1 milyard dolları ötüb. Kamala Harris təkcə iyul ayında 310 milyon dollar toplayıb. Aktiv ianə toplanışı avqustda da davam edir. İanələrin xeyli hissəsi kiçik donorlardan, o cümlədən tərəddüd edən ştatlardan gəlir.
Agentliyin məlumatına görə, Harrisin prezidentlik yarışındakı rəqibi - respublikaçı Donald Trampın seçki qərargahında isə ümumilikdə 327 milyon dollar vəsait var ki, bunun da 138,7 milyon dolları iyulda yığılıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. (Azərtac)