ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.
Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb
FED.az xəbər verir ki, partiyanın Çikaqo şəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsvermə mərasimindən sonra onun namizədliyi qəbul etməsinə dair videomüraciəti nümayiş olunub. Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdə tutulub.
Kamala Harris avqustun əvvəlində keçirilmiş onlayn səsvermə zamanı partiyasının prezidentliyə namizədi kimi rəsmən təsdiqlənmişdi. Demokratlar Partiyasının Çikaqoda keçirilən milli qurultayında bu gün 57 nümayəndə təntənəli səsvermə mərasimində iştirak edərək səslərini təsdiqləyiblər. (Azərtac)